ABŞ-da Nizami Gəncəvinin orijinal əlyazma və illüstrasiyalarından ibarət sərgi keçirilib - FOTO

ABŞ-da Nizami Gəncəvinin orijinal əlyazma və illüstrasiyalarından ibarət sərgi keçirilib - <span style="color: red;">FOTO
# 04 dekabr 2012 08:30 (UTC +04:00)

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən İsgəndəriyyə Kitabxanasının direktoru, Dünya Elektron Kitabxanasının rəhbəri İsmayıl Seragəldin Nizaminin bəşəriyyətin mədəni və mənəvi zənginliyinin artırılmasında misilsiz xidmətləri olan ölməz şair, filosof və alim olduğunu vurğulayıb: “Nizami Gəncəvi şərq mədəniyyətinin atasıdır, o, doğulduğu və bütün həyatını yaşadığı Azərbaycanın sərhədlərindən çox kənarlara çıxaraq bütün dünya mədəniyyətinə misilsiz töhfə verib”.

Qarabağ Fondunun həmtəsisçisi Adil Bağırov Nizami sərgisinin önəmi və Amerika ictimaiyyətini diqqətinə çatdırılmasının əhəmiyyətin vurğulayaraq, sərginin dekabrın 20-nə kimi Qarabağ Fondunun mərkəzi ofisində davam edəcəyini söyləyib.

Sərginin açılışında Azərbaycan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov, Azərbaycanın ABŞ-dakı səfirliyinin əməkdaşları da iştirak ediblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR