Azərbaycanda Milli qidalanma sorğusunu keçiriləcək

Azərbaycanda Milli qidalanma sorğusunu keçiriləcək
# 12 noyabr 2012 14:52 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA Səhiyyə Nazirliyi ilə BMT-nin Uşaq Fondunun Azərbaycan nümayəndəliyi arasında 2012-2013-cü illər üçün imzalanmış iş planında Azərbaycanda Milli qidalanma sorğusunun keçirilməsi nəzərdə tutulub. Bu barədə APA-ya Səhiyyə Nazirliyinin İctimai Səhiyyə və İslahatlar Mərkəzinin (İSİM) mətbuat xidmətindən məlumat verilib. Məlumatda deyilir ki, 2012-ci il noyabr – 2013-cü il yanvar aylarını əhatə edəcək sorğu BMT-nin Uşaq Fondunun texniki yardımı ilə Dövlət Statistika Komitəsi tərəfindən yaradılmış seçmə şəbəkəsi üzrə keçiriləcək.

Qadınlar və uşaqlar arasında aparılacaq sorğunun nəticələri bu və ya digər məhsulun mikroelementlərlə zənginləşdirilməsi üçün işlənilib hazırlanacaq. Sorğudan əldə edilən məlumatlar növbəti 4-5 il üçün istifadə olunacaq.

Qeyd edək ki, İSİM Azərbaycanda Milli qidalanma sorğusunda iştirak edəcək mütəxəssislər üçün təlim keçirilib. BMT-nin Uşaq Fondunun Azərbaycandakı nümayəndəsinin müavini Rəşad Mustafa və Azərbaycanda Milli qidalanma sorğusu üzrə koordinator Tamerlan Rəcəbov sorğu haqqında ümumi məlumatları diqqətə çatdırıblar, sorğunun keçirilməsində məqsədləri açıqlayıblar. Eyni zamanda sorğunun metodologiyası, sahədə işlərin aparılması üçün komanda üzvlərinin vəzifələrinin təsviri və sahədə yerinə yetiriləcək prosedurlarla bağlı məlumatlar çatdırılıb. Məlumatların toplanması üçün istifadə edilən sorğu formaları nəzərdən keçirilib. Sorğudan əvvəl sınaq iş təcrübəsi aparılıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR