Elşad İsgəndərov: “Elə dini cərəyanlar var ki, onların arxasınca getsək, milli kimliyimizdən imtina etməli olarıq”

Elşad İsgəndərov: “Elə dini cərəyanlar var ki, onların arxasınca getsək, milli kimliyimizdən imtina etməli olarıq”
# 14 noyabr 2012 07:53 (UTC +04:00)

APA-nın məlumatına görə, bu fikirləri “Dini və etiqad azadlığı: hüquqi, siyasi və ictimai aspektlər” mövzusunda keçirilən respublika konfransında Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Elşad İsgəndərov deyib.

Onun sözlərinə görə, Azərbaycan milli kimliyinin formalaşması müstəqillik dövründən sonra inkişaf etməyə başlayıb: “Dini amillərin bu milli kimliyin formalaşmasında böyük rolu var. Bu gün bir tərəfdən etiqad azadlığına çağırılır, digər tərəfdən isə ölkədə milli kimliyimizi itirilməsinə yönələn qurumlar, cərəyanlar fəaliyyət göstərir. Əgər bu cərəyanların diktəsi ilə getsək və onların dediklərini etsək, Nizami Gəncəvi də, Füzuli də, Nəsimi də, Novruz bayramı da və digər milli atributlarımız da bizə yad olmalıdır”.

E. İsgəndərov qeyd edib ki, bu gün dünyada insan azadlıqlarını şübhə altına alan cərəyanlar da mövcuddur: “Dini və milli amillərin birgə inkişafı üçün kompleks fəaliyyətimizi davam etdirməliyik. Hər bir dinin milli modeli var. Belə bir modelin yaradılması da məsələnin həlli olar. Bu məsələdə Türkiyə modelini misal olaraq göstərmək olar”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR