“The Washington Post”: İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri İstanbulda keçiriləcək

“The Washington Post”: İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri İstanbulda keçiriləcək
# 18 dekabr 2012 13:07 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. “İranla “altılıq” ölkələri arasında növbəti nüvə müzakirələri İstanbulda keçiriləcək”. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, bu barədə ABŞ-da nəşr olunan “The Washington Post” qəzeti yazıb.

Xəbərdə bildirilir ki, görüşün gələn həftə keçirilməsi planlaşdırılır: “Altılıq” ölkələri İrana yeni təkliflər paketi də təqdim edəcək”.

Böyük Britaniyada nəşr olunan “The Guardian” qəzeti isə Qərb ölkələrinin İrana təqdim edəcəyi təkliflər paketinin əvvəlkindən fərqli olmadığını yazıb. Xəbərdə bu səbəbdən İranla “altılıq” ölkələri arasında keçirilməsi planlaşdırılan növbəti nüvə müzakirələrində razılıq əldə edilməsi ehtimalının zəif olduğu vurğulanıb. Qəzet yazır ki, yeni təkliflər paketində yeni sanksiyaların tətbiq olunmaması, İrana təyyarə ehtiyat hissələrinin satılmaması, Tehrana sülh məqsədli nüvə enerjisinin istehsalında yardımçı olmaq, İranın 20% həcmində uranın zənginləşdirilməsini dayandırması, həmçinin bu günə qədər zənginləşdirdiyi uranı ölkə xaricinə göndərməsi və Qum şəhəri yaxınlığındakı “Fordo” yeraltı nüvə obyekti bağlaması öz əksini tapıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR