İranda “Aşura” hərbi təlimləri sona çatıb

İranda “Aşura” hərbi təlimləri sona çatıb
# 06 dekabr 2012 13:28 (UTC +04:00)

Bakı. Könül Cəfərli - APA. İran Silahlı Qüvvələrinin Xuzistan vilayətində keçirdiyi ikigünlük hərbi təlimlər başa çatıb.

APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə İranın Quru Qoşunlarının sözçüsü, general Əli Mehrabi açıqlama verib.

O bildirib ki, “Aşura” adı verilmiş hərbi təlimlər Quru Qoşunlarının hərbi hazırlıq səviyyəsinin artırılması məqsədilə keçirilib: “Təlimlər 3 mərhələli olub. Sonuncu etapda xüsusi əməliyyat qüvvələri kəşfiyyat xarakterli əməliyyatlar həyata keçirib, daha sonra isə ordunun zirehli texnikasından və ağır artilleriyasından atəşlər açılıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR