FHN aeroport yolunda baş vermiş yol qəzası haqqında məlumat yayıb

 FHN aeroport yolunda baş vermiş yol qəzası haqqında məlumat yayıb
# 01 dekabr 2012 06:50 (UTC +04:00)

APA-nın FHN-in saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda (aeroport yolunda) sürücülərinin şəxsiyyəti məlum olmayan “SHACMAN” və GMC markalı iki yük avtomobili toqquşub.

FHN-in müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, “SHACMAN” markalı avtomobil deformasiyaya uğrayıb, avtomobilin sürücüsü xəsarət alıb.

Xilasedicilər xüsusi alət və avadanlıqlar vasitəsilə deformasiyaya uğramış avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücünü çıxararaq aidiyyəti üzrə təhvil veriblər. Həmçinin ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Əməliyyat saat 21:48-də başa çatıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR