İsrail səfiri: “Azərbaycanın regionda oynadığı rola çox dəyər veririk” - FOTO

İsrail səfiri: “Azərbaycanın regionda oynadığı rola çox dəyər veririk” - <span style="color: red;">FOTO
# 12 noyabr 2012 16:00 (UTC +04:00)

Bakı. Anaxanım Hidayətova – APA. “Bizim Azərbaycanda yaxşı dostlarımız var və Azərbaycan hökuməti ilə sıx dialoqlar aparırıq. Azərbaycanla müxtəlif sahələrdə çox yaxşı münasibətlərimiz mövcuddur”. APA-nın xəbərinə görə, bunu İsrailin Azərbaycandakı səfiri Rafael Harpaz jurnalistlərə açıqlamasında deyib: “İsrailin Azərbaycanla tarixi münasibətləri Heydər Əliyevlə başlayıb, İlham Əliyevlə davam edir. İsrail prezidenti, baş naziri, xarici işlər naziri Azərbaycana səfərlər ediblər. Azərbaycan xalıq İsrail xalqına çox oxşayır”.

Səfir onu da deyib ki, İsrailin özəl sektorunun Azərbaycana böyük marağı var: “Biz Azərbaycanın regionda oynadığı rola da çox dəyər veririk”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR