Almaniya və Fransa liderlərinin Moskvaya səfəri başlayıb

Almaniya və Fransa liderlərinin Moskvaya səfəri başlayıb
# 06 fevral 2015 16:23 (UTC +04:00)

Moskva. Fərid Əkbərov – APA. Almaniya kansleri Angela Merkel və Fransa prezidenti Fransua Ollandın Rusiyaya səfəri başlayıb.

APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, Moskva vaxtı ilə saat 18:40 radələrində onları Kremldə Rusiya prezidenti Vladimir Putin qəbul edəcək.

Görüşdə dövlət başçıları Ukraynadakı vəziyyəti müzakirə edəcəklər.

Qeyd edək ki, Moskvaya səfərdən öncə Fransa və Almaniya liderləri Kiyevdə Ukrayna prezidenti Pyotr Poroşenko ilə görüşüblər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR