Bakı şəhərinin mərkəzində su fasilələrlə veriləcək

Bakı şəhərinin mərkəzində su fasilələrlə veriləcək
# 18 dekabr 2012 08:39 (UTC +04:00)

Bakı – APA-Economics. İstehlakçıların içməli su təchizatının yaxşılaşdırılması məqsədi ilə Bakı şəhəri Ş.Əzizbəyov küçəsində yeni çəkilmiş 300 mm diametrli magistral su xəttinin şəbəkəyə qoşulması işləri aparılır.

«Azərsu» ASC-nin mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsindən «APA-Economics»ə verilən məlumata görə, bununla əlaqədar dekabrın 18-də paytaxtın Nəsimi və Yasamal rayonlarının bir hissəsinə - Füzuli, Ş.Əzizbəyov, A.Qurbanov, M.İbrahimov küçələrinə gün ərzində içməli su fasilələrlə veriləcək.

Yaranmış narahatlıqla əlaqədar «Azərsu» abunəçilərdən üzr istəyir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR