Azərbaycanda tanınmış müğənninin keçmiş prodüseri qarət edilib

Azərbaycanda tanınmış müğənninin keçmiş prodüseri qarət edilib
# 27 noyabr 2012 11:23 (UTC +04:00)

APA-nın Daxili İşlər Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, noyabrın 26-da saat 22.00 radələrində Nəsimi rayonu ərazisində, Bakı şəhər sakinləri Raziyyə Nəsibova və onun qızı Lalə həmyerliləri Təranə Səmədovanı bıçaqla hədələyərək, ondan 130 manat və qızıl üzüyünü alıb, hadisə yerindən qaçıblar.

İlkin əməliyyat-axtarış tədbirləri Nəsimi Rayon Polis İdarəsi tərəfindən aparılır.

Qeyd edək ki, hadisədə adı hallanan Təranə Səmədova tanınmış müğənni Rəqsanə İsmayılovanın prodüseri olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR