Azərbaycan prezidenti bir sıra tanınmış məhbusu əfv edib

Azərbaycan prezidenti bir sıra tanınmış məhbusu əfv edib
# 26 dekabr 2012 17:09 (UTC +04:00)

APA-nın xəbərinə görə, əfv olunanlar arasında jurnalistlər Aydın Canıyev və Anar Bayramlı, hüquq müdafiəçiləri Vidadi İsgəndərli və Taleh Xasməmmədov, AXCP-nin təşkilat şöbəsinin müdiri Şahin Həsənli də var.

Bundan başqa, İran, Türkiyə, Gürcüstan, Nigeriya, Banqladeş vətəndaşları da cəzalarının çəkilməmiş hissəsindən azad olunub. Ümumilikdə əfv sərəncamı 87 nəfərə şamil olunub. Onlardan 79 nəfəri cəzasının çəkilməmiş hissəsindən, 4 nəfər islah işləri cəzasının çəkilməmiş hissəsindən, daha 4 nəfər isə cərimə cəzasından azad edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR