Azərbaycan ərazisində havanın temperaturu yüksələcək

Azərbaycan ərazisində havanın temperaturu yüksələcək
# 25 dekabr 2012 10:04 (UTC +04:00)

Mülayim şimal-şərq küləyi günün ikinci yarısında cənub-qərb küləyi ilə əvəz olunacaq.

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentindən APA-ya verilən məlumata görə, havanın temperaturu gecə 2 dərəcə şaxtadan 1 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti təşkil edəcək.

Azərbaycanın rayonlarında dekabrın 25-dən 26-na keçən gecə havanın gecə və səhər əsasən şərq rayonlarında yağıntılı, dağlıq və dağətəyi rayonlarında qar yağacağı, ayrı-ayrı yerlərdə duman olacağı gözlənilir. Şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 2 dərəcə şaxtadan 3 dərəcəyədək isti, gündüz 4-9 dərəcə isti, dağlarda gecə 6-11, yüksək dağlıq ərazilərdə 13-18, gündüz 0-5 dərəcə şaxta, bəzi yerlərdə 3 dərəcə isti olacağı gözlənilir. Əsasən dağlıq və dağətəyi rayonlarda yollar buz bağlayacaq.

Dekabrın 26-sı gündüzdən hava şəraitinin nisbətən sabitləşəcəyi, sonrakı iki gündə temperaturun tədricən yüksələcəyi, arabir güclənən cənub küləyinin üstünlük təşkil edəcəyi, bəzi yerlərdə duman olacağı gözlənilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR