ABŞ Dövlət departamentində yanğın baş verib, xəsarət alanlar var

ABŞ Dövlət departamentində yanğın baş verib, xəsarət alanlar var
# 25 noyabr 2012 03:45 (UTC +04:00)

Bakı-APA. ABŞ Dövlət departamentinin binasında baş vermiş yanğında bir necə nəfər xəsarət alıb.

APA-nın RİA Novosti-yə istinadən verdiyi xəbərə görə, bu barədə Dövlət departamentinin nümayəndəsi Viktoriya Nuland bildirib. O deyib ki, yanğın binanın texniki avadanlıq yerləşən sahəsində baş verib. Hadisə yerinə gələn yanğınsöndürənlər yanğını tez bir zamanda söndürüblər. Binada olan texniki personal işçilərdən bir neçəsi xəsarət alıb. Onlar xəstəxanaya yerləşdirilib.

Yanğının səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR