ARDNŞ-ə məxsus gəmidə yanğın olub

ARDNŞ-ə məxsus gəmidə yanğın olub
# 18 dekabr 2012 11:03 (UTC +04:00)

Bakı Fuad Cəfərov-APA. Azərbaycan Respublikası Dövlət Neft Şirkətinə (ARDNŞ) məxsus gəmidə yanğın baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi xəbərə görə, Xətai rayonunda neft şirkətinə məxsus sökülməkdə olan gəmidə qaynaq işləri aparılan zaman yanğın baş verib. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvə və vasitələri hadisə yerinə cəlb olunub. İlkin məlumata görə, yanğın nəticəsində mühərrik otağında mühərrik və yağ qalıqları 20 kv.m sahədə yanıb. Hadisə nəticəsində ölən və xəsarət alan olmayıb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR