“Ararat” FK-nın prezidenti klubun pullarını mənimsəyərək istefa verib

“Ararat” FK-nın prezidenti klubun pullarını mənimsəyərək istefa verib
# 01 sentyabr 2017 02:02 (UTC +04:00)

Moskvanın “Ararat” futbol klubu ərizə ilə sabiq prezident Valeri Ohanesyan barəsində polisə şikayət edib. APA-nın Rusiya mətbuatına istinadən verdiyi xəbərə görə, V.Ohanesyan klubun bank hesabından 20 mln. rubl mənimsəməkdə günahlandırılır.

“Valeri Ohanesyan ötən gün səhhəti ilə əlaqədar vəzifəsindən ayrılmaq üçün istefa ərizəsi yazıb. Onun hazırda Gürcüstanda olması barədə məlumatımız var. Bundan sonra keçirilən maliyyə yoxlaması klubun bank hesabından 20 mln. rublun yoxa çıxdığını müəyyənləşdirib. Pullar müvafiq sənədlər tərtib edilmədən Valeri Ohanesyanın şəxsi hesablarına köçürülüb. İstintaq orqanları artıq araşdırmalara başlayıb”, - deyə “Ararat” klubunun vitse-prezidenti Andranik Keropyan bildirib.

Rusiyanın Peşəkar Futbol Liqasından mübarizə aparan “Ararat” komandası Rusiya Kubokunun 1/16 final mərhələsinədək yüksəlib. Turnir çərçivəsində komanda sentyabrın 20-də “Xabarovsk-OİK”lə qarşılaşacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR