Bakıda Dubay Sənaye və Ticarət Palatasının nümayəndəliyi açılıb

Bakıda Dubay Sənaye və Ticarət Palatasının nümayəndəliyi açılıb
# 14 noyabr 2012 09:41 (UTC +04:00)

Bakı. Nicat Mustafayev - APA-Economics. Bu gün Bakıda Dubay Sənaye və Ticarət Palatasının nümayəndəliyi açılıb. «APA-Economics»in məlumatına görə, bu barədə bu gün Bakıda keçirilən Azərbaycan-Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) biznes forumunda çıxış edən Azərbaycanın iqtisadi inkişaf naziri Şahin Mustafayev bildirib.

Nazirin sözlərinə görə, bu, Dubay Sənaye və Ticarət Palatasının xaricdə açdığı ilk nümayəndəlikdir: «Palatanın Bakıda fəaliyyətə başlaması BƏƏ-nin Azərbaycana nə qədər böyük önəm verdiyini göstərir. Palatanın nümayəndəliyinin Bakıda açılması iki ölkə arasında əlaqələrin bir qədər də inkişaf etdirilməsinə təkan verəcək».

Ş.Mustafayev onu da bildirib ki, Dubay Sənaye və Ticarət Palatası 100 mindən artıq iş adamını özündə birləşdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR