Qvineyanın baş xəzinədarı öldürülüb

Qvineyanın baş xəzinədarı öldürülüb
# 10 noyabr 2012 23:49 (UTC +04:00)
Bakı-APA. Qvineyanın baş xəzinədarı Aysatu Buaro naməlum şəxslər tərəfindən odlu silahdan öldürülüb.
APA-nın bbc.com saytına istinadən verdiyi xəbərə görə, Aysatu Buaro ölkədə korrupsiyaya qarşı sərt mübarizə aparırdı. Hadisə Qvineya paytaxtı Konakri şəhərində baş verib.
Bu ilin əvvəlində Aysatu Buaro Qvineya mərkəzi bankından 2 mln dolların oğurlanmasının qarşısını almışdı.
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR