Beynəlxalq Kazak Akademiyası Azərbaycan prezidentini ali kazak ordeni ilə təltif edib

Beynəlxalq Kazak Akademiyası Azərbaycan prezidentini ali kazak ordeni ilə təltif edib
# 16 noyabr 2012 10:50 (UTC +04:00)

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Kazaklar İttifaqının sədri Viktor Mereşkin keçirdiyi mətbuat konfransında açıqlama verib.

V. Mereşkin bildirib ki, Beynəlxalq Kazak Akademiyasının prezidenti, kazak ordu generalı Mixaylo Yamnenko tərəfindən imzalanan universalda (kazak qanunu) bildirilir ki, İlham Əliyev Azərbaycan və Ukrayna xalqları arasında dostluğun möhkəmləndirilməsi, ənənələrin, mədəni və dini dəyərlərin bərpası, elmin inkişafı və kazak təşkilatlarına verdiyi dəstəklə əlaqədar bu ordenə layiq görülüb. Daha əvvəl Ukrayna prezidenti Viktor Yanukoviç də bu ordenlə təltif olunub.

Ataman qeyd edib ki, kazak generalı N. Qordiyenkonun rəhbərlik etdiyi “Siçeslavskoye Voysko Zaporojskoye” təşkilatı Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun rəhbəri Mehriban Əliyevanı “Kazak şöhrəti” (Kazatskaya slava) ordeninə təqdim edib. V. Mereşkin deyib ki, mükafatların təqdimatı Azərbaycan kazaklarına həvalə olunub: “Gördüyünüz kimi, Azərbaycan kazakları öz vətənləri Azərbaycanın mənafeyi naminə xidmət göstərir. Bu mükafatlar Azərbaycanın kazaklarla qardaşlıq əlaqələrinin göstəricisidir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR