Misirdə keçirilən referendumda səslərin hesablanması aparılır

Misirdə keçirilən referendumda səslərin hesablanması aparılır
# 23 dekabr 2012 01:10 (UTC +04:00)

Bakı – APA. Misirdə yeni konstitusiya ilə bağlı keçirilən referendumun ikinci mərhələsinin səsləri hesablanılır.

APA-nın məlumatına görə, referendumun nəticələri dekabrın 24-də ölkənin bütün əyalətlərindən məlumatların daxil olmasından sonra elan olunacaq.

Bildirilir ki, referendumun ikinci mərhələsi nisbətən sakit keçib. Bir necə məntəqədə silahlı insident baş verib, bir nəfər öldürülüb. Referendumla bağlı məhkəmələrə çoxsaylı şikayətlər daxil olub. Belə ki, səsvermə zamanı prezident seçkilərində Məhəmməd Mursinin əleyhinə səs vermiş Minfuyə əyalətində 20 kəndin elektrik təminatı kəsilib. Hərbiçilər bu kəndlərdəki 40 məntəqədə səsverməni dayandırmağa məcbur olublar.

Xatırladaq ki, bir həftə öncə keçirilən referendumun birinci raundunda seçicilərin 57%-i yeni konstitusiyanın lehinə, 43%-i isə əleyhinə səs vermişdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR