İranın Mərkəzi Bankının rəhbəri: “Sanksiyalar ölkə iqtisadiyyatına müəyyən qədər zərər vurub”

İranın Mərkəzi Bankının rəhbəri: “Sanksiyalar ölkə iqtisadiyyatına müəyyən qədər zərər vurub”
# 22 noyabr 2012 12:05 (UTC +04:00)

Bakı. Könül Cəfərli-APA. “İranın qızıl ehtiyatı, yüksək neft qiymətləri və idxalın əhəmiyyətli dərəcədə azaldılması sayəsində ölkə iqtisadiyyatına ciddi zərbə dəyməsinə icazə verməyəcəyik”. APA-nın məlumatına görə, bu fikirləri İranın Mərkəzi Bankının rəhbəri Mahmud Bəhməni bildirib.

Onun sözlərinə görə, qızıl ehtiyatı İrana hələ 15 il kifayət edər: “Qərbin sanksiyaları ölkəyə heç bir zərər verməyib. Düzdür, müəyyən qədər ziyan çəkmişik, lakin görülən tədbirlər nəticəsində ölkə iqtisadiyyatına ciddi ziyan dəyməsinə icazə verməmişik”.

M. Bəhməni deyib ki İran öz iqtisadiyyatını qorumaq üçün son illər beş il əvvəllə müqayisədə təxminən 12 dəfə valyutaya qənaət edərək qızıl ehtiyatını artırıb: “Hətta xaricdən qızıl idxal edilməsə belə, İranın öz qızıl ehtiyatı ona 15 il kifayət edər. Çünki tətbiq olunmuş sanksiyalara baxmayaraq, İran xarici məhsulların alınmasında vəsait mənbəyi kimi qızıldan istifadə etmir”.

İranın Mərkəzi Bankının rəhbəri vurğulayıb ki, ölkədə inflyasiya müvəqqəti olaraq 20 faizə çatıb: “İnflyasiyanı real göstəricilər səviyyəsinə salmaq üçün prosesləri nəzarətdə saxlayır və bu yolda addımlar atırıq”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR