Alternativ qayğı və uşaq müdafiə sistemi barədə treninq keçirilib

Alternativ qayğı və uşaq müdafiə sistemi barədə treninq keçirilib
# 27 dekabr 2012 11:17 (UTC +04:00)

Bakı. Könül Kamilqızı - APA. Bu gün Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən kütləvi informasiya vasitələrinin nümayəndələri üçün alternativ qayğı və uşaq müdafiə sistemi barədə treninq keçirilib.

APA-nın xəbərinə görə, tədbirdə müvafiq dövlət qurumları və QHT-lərdən olan ekspertlər De-institutlaşma sahəsində görülən işlər və gələcək fəaliyyət istiqamətləri barədə məlumatlar veriblər.

Təlimdə çıxış edən komitənin sədr müavini Aynur Sofiyeva bildirib ki, ölkədə uşaq hüquqlarının müdafiəsi sahəsində mühüm işlər həyata keçirilir. Onun sözlərinə görə, bu sahədə ən mühüm məsələ uşaqların maarifləndirilməsi və hüquqlarını qorunmasından ibarətdir.

UNİCEF-in Azərbaycan nümayəndəliyinin uşaqların müdafiəsi proqramının rəhbəri Munir Məmmədzadə deyib ki, “Azərbaycan Respublikasında dövlət uşaq müəssisələrindən uşaqların ailələrə verilməsi (De-institusionalizasiya) və alternativ qayğı Dövlət Proqramı (2006-2015-ci illər)”nın icrası istiqamətində beynəlxalq təşkilatlar yaxından iştirak edir. Onun sözlərinə görə, hazırda respublika üzrə qeyd olunan təlim-tərbiyə müəssisələrində 8 000 nəfərə yaxın uşaq var və onların sayında əvvəlki illərlə müqayisədə azalma müşahidə olunur. Proqramın icrası nəticəsində isə müəssisələrdə yerləşdirilən uşaqların sayının azalması nəzərdə tutulur.

Təhsil Nazirliyi De-institulizasiya idarəsinin şöbə müdiri Şərafət Şirinli isə bu sistemlə əlaqədar Nazirlər Kabinetinə bir sıra təkliflər verdiklərini deyib. O bildirib ki, həmin müəssisələrdə yaşayan uşaqların 18 yaşdan sonra qala bilməsi üçün 120 nəfərlik birotaqlı mənzillər tikiləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR