Polşa xarici işlər nazirinin Azərbaycan gəlməməsinin səbəbləri açıqlanıb

Polşa xarici işlər nazirinin Azərbaycan gəlməməsinin səbəbləri açıqlanıb
# 21 dekabr 2012 11:08 (UTC +04:00)

APA-nın məlumatına görə, səfir Mixal Labenda jurnalistlərə açıqlamasında bildirib ki, Radoslav Sikorski parlamentdə büdcə ilə bağlı məsələlər müzakirə olunduğu üçün səfərdə iştirak edə bilməyib: “Radoslav Sikorski parlamentin üzvüdür. Həmin ərəfədə büdcə ilə bağlı məsələ parlamentdə müzakirə olunurdu və bu müzakirələrdə onun iştirakı vacib idi. Bunun üçün də səfərə qatılmadı. Onun Azərbaycana gəlməməsinin başqa səbəbi yoxdur”.

Qeyd edək ki, bir müddət əvvəl Avropa Birliyini təmsil edən rəsmilər Azərbaycana səfər ediblər. Səfərdə İsveç Krallığını xarici işlər naziri Karl Bildt, Bolqarıstanı xarici işlər naziri Nikolay Mladenov, Polşanı isə Prezident Administrasiyasının rəhbəri Yatsek Mixaylovski təmsil edib. Səfərdə Polşa xarici işlər nazirinin də iştirakı gözlənilsə də, sonradan onu heyətdə Prezident Administrasiyasının rəhbəri əvəz edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR