Əli Əkbər Salehi: “İran viza rejiminin ləğv olunması üçün Azərbaycanla danışıqlar aparır”

Əli Əkbər Salehi: “İran viza rejiminin ləğv olunması üçün Azərbaycanla danışıqlar aparır”
# 27 dekabr 2012 09:16 (UTC +04:00)

APA-nın məlumatına görə, bu barədə jurnalistlərə açıqlamasında İranın xarici işlər naziri Əli Əkbər Salehi bildirib.

Nazir həmçinin Suriyadakı böhrana da toxunub: “İran Suriyadakı böhranın xarici müdaxilə yolu ilə həll edilməsinə icazə verməyəcək. Bu problemin həlli asan deyil. Amma İran böhranın Suriya daxilindəki qüvvələrin uzlaşması nəticəsində həll olunması və kənar variantlara əl atılmaması üçün tədbirli davranır. Yəni Suriyadakı böhran yalnız suriyalılar tərəfindən həll olunacaq. İranın təklif etdiyi 6 maddəlik plan isə problemin nizamlanması üçün ən yaxşı həll yoludur. Suriya üçün İran təklifindən başqa heç bir həll təklif keçərli omayacaq. Artıq təklifimiz böyük bir dəstək görüb. Planla bağlı hər səviyyədə görüşməyə hazırıq və hər cür konstruktiv tənqid və ya təklifə də açığıq”.

Ə. Salehi İranın nüvə alimlərinin terrora məruz qalması məsələsinin hüquqi müstəvidə araşdırılması üçün beynəlxalq konvensiyanın yaradılmasının məqsədəuyğun saydıqlarını deyib: “İran təklif edir ki, diplomatlar kimi, alimlər üçün də beynəlxalq konvensiya yaradılsın və terrorçular bu cür təxribatlara yol verdikləri zaman həmin sənədə uyğun davranılsın”.

Qeyd edək ki, Ə. Salehi İranın Suriyadakı böhranın həlli üçün irəli sürdüyü 6 maddəlik planı dünən axşam xarici ölkələrin Tehranda akkreditə olunmuş səfirləri və ölkə nümayəndələri ilə müzakirə edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR