Tahir Salahovun yaradıcılığına və ictimai fəaliyyətinə həsr olunmuş sərginin açılışı keçirilib - FOTOSESSİYA

 Tahir Salahovun yaradıcılığına və ictimai fəaliyyətinə həsr olunmuş sərginin açılışı keçirilib     - <span style="color: red;">FOTOSESSİYA
# 28 noyabr 2012 13:57 (UTC +04:00)

Bakı. Kəmalə Quliyeva – APA. Azərbaycan rəssamlıq məktəbinin görkəmli nümayəndəsi Tahir Salahovun “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunda yerləşən ev-muzeyində rəssamın yaradıcılığına və ictimai fəaliyyətinə həsr olunmuş sərginin açılışı keçirilib. APA-nın xəbərinə görə, sərginin açılışında çıxış edən Qoruq İdarəsinin rəis müavini Samir Nuriyev bildirib ki, keçən il T. Salahov özünün bütün rəsm əsərlərini və şəxsi arxivini Azərbaycan dövlətinə bağışladığını bəyan edib.

Ölkə prezidentinin sərəncamı ilə T. Salahovun ev-muzeyinin yaradıldığını deyən S. Nuriyev qeyd edib ki, artıq muzeyin eksponatlarının təhvil-təslimi aparılıb və muzey əməkdaşlarının ştat cədvəli müəyyən olunub. Muzeyin daimi ekspozisiyasının yaradılması üçün də müəyyən işlər görüləcək. Bundan sonra ev muzeyinin rəsmi açılışı olacaq: “Muzeyin yaradılmasında əsas məqsəd T. Salahovun irsini daha dərindən təbliğ etməkdir. Sərgidə T. Salahovun Azərbaycan dövlətinə bağışladığı rəsm əsərləri və şəxsi arxivindən ibarət kolleksiya nümayiş olunur. Kolleksiya 700-dən artıq eksponatdan ibarətdir. Sərgi rəssamın ad gününə həsr olunub”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR