2013-cü ildə Rusiyada bir neçə yeni RLS-in tikintisi başlayacaq

2013-cü ildə Rusiyada bir neçə yeni RLS-in tikintisi başlayacaq
# 01 dekabr 2012 08:21 (UTC +04:00)

APA-nın “RİA Novosti”yə istinadən verdiyi məlumata görə, bunu Rusiya Müdafiə Nazirliyinin Hava-Kosmik Müdafiə Qoşunları üzrə nümayəndəsi, polkovnik Aleksey Zolotuxin deyib.

Daha öncə nazirlik Peçora (Komi Respublikası), Barnaul (Altay diyarı), Yeniseysk (Krasnoyarsk diyarı) və Olenoqorskda (Murmansk vilayəti) yeni RLS-lərin tikintisi imkanlarının nəzərdən keçirildiyini açıqlamışdı.

Hazırda Lextusi (Leninqrad vilayəti), Pionersk (Kalininqrad vilayəti) və Usolye-Sibirsk qəsəbəsində (İrkutsk vilayəti) “Voronej” tipli RLS-lər fəaliyyətdədir. V. Zolotuxin 2013-cü ildə raket hücumuna dair xəbərdarlıq sisteminin inkişafının davam edəcəyini söyləyib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR