ABŞ-ın Azərbaycandakı səfirliyi vizaların verilməsinin yeni təkmilləşdirilmiş prosedurunu tətbiq edib - FOTO

ABŞ-ın Azərbaycandakı səfirliyi vizaların verilməsinin yeni təkmilləşdirilmiş prosedurunu tətbiq edib   - <span style="color: red;">FOTO
# 27 dekabr 2012 11:49 (UTC +04:00)

APA-nın məlumatına görə, indi viza almaq istəyənlər www.usvisa-info.com saytında onlayn rejimdə anketi dolduraraq müsahibədən keçmə günü təyin edə bilərlər. Bu sayt vasitəsilə viza rüsumunu kredit kartı vasitəsilə ödəmək mümkündür. Viza rüsumunu “Bank Standard”ın istənilən filialında nağd pulla da ödəmək olar.

Yeni proseduru jurnalistlərə ABŞ-ın Azərbaycandakı səfirliyinin konsulu Erik Morin açıqlayıb. O qeyd edib ki, yeni sistem viza üçün sənəd verənlərin vaxtına qənaət etməsinə imkan yaradır: “Viza üçün sənəd verənlər gömrük rüsumunu səfirliyə gəlməmişdən ödəyə və yaxın 6 ay ərzində özləri üçün istənilən münasib gündə müsahibə günü təyin edə bilərlər. Bu prosedur həmçinin viza aldıqdan sonra pasportu səfirliyin tərəfdaşı olan kuryer xidmətindən istənilən münasib vaxtda götürməyə imkan verir. Sayt ingilis, Azərbaycan və rus dillərində fəaliyyət göstərir”.

Erik Morin bildirib ki, vətəndaşlar əlavə məlumat almaq üçün +99412 310 30 10 nömrəsinə zəng vura bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR