Bu il Penitensiar Xidmətin müəssisələrinə yerli və beynəlxalq təşkilatlar tərəfindən 44 başçəkmə həyata keçirilib

Bu il Penitensiar Xidmətin müəssisələrinə yerli və beynəlxalq təşkilatlar tərəfindən 44 başçəkmə həyata keçirilib
# 14 dekabr 2012 09:06 (UTC +04:00)

Bakı - APA. Bu il ərzində Ədliyyə Nazirliyi Penitensiar Xidmətin müəssisələrinə yerli və beynəlxalq təşkilatlar tərəfindən 44 başçəkmə həyata keçirilib. Bu barədə APA-ya Ədliyyə Nazirliyinin Penitensiar Xidmətindən məlumat verilib. Başçəkmələrdə iştirak edənlər təqsirləndirilən şəxslərin saxlanma şəraitinin monitorinqini aparıb, həbs edilmiş şəxsləri qəbul edib, onlarla təklikdə söhbət aparılıb.

“Nəticələr barədə Ədliyyə Nazirliyinə, Penitensiar Xidmətə hesabat və rəylər daxil olub, verilmiş tövsiyələrin qanunvericilik çərçivəsində icrası məqsədilə zəruri tədbirlər görülüb”, - deyə məlumatda bildirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR