ETSN hüquq-mühafizə orqanlarına 6, icra qruplarına 13 iş göndərib

ETSN hüquq-mühafizə orqanlarına 6, icra qruplarına 13 iş göndərib
# 19 dekabr 2012 09:24 (UTC +04:00)

Bakı. Könül Kamilqızı-APA. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən bu ayın ilk yarısında ölkə ərazisində ekoloji qanunvericiliyin tələblərinə riayət olunmasını yoxlamaq məqsədilə araşdırma aparılıb. ETSN-nin mətbuat xidmətindən APA-ya verilən xəbərə görə, araşdırma zamanı hüquqi və fiziki şəxslər tərəfindən su və torpaq ehtiyatlarının, atmosfer havasının, yerin təkinin, fauna və floranın mühafizəsi, o cümlədən ətraf mühitə qanunsuz məişət və istehsalat tullantılarının yerləşdirilməsi sahəsində yol verilmiş qanun pozuntularına görə 112 akt və protokol tərtib olunub, nöqsanların aradan qaldırılması üçün icrası məcburi olan 28 müddətli məcburi göstəriş verilib.

Ümumilikdə, 19 iş üzrə 60000 manat məbləğində cərimə tətbiq edilib, ətraf mühitə dəymiş ziyana görə 24 iş üzrə 1001396.21 manat məbləğində iddia qaldırılıb, ətraf mühitə tullantıların atılmasına və axıdılmasına görə hüquqi və fiziki şəxslərə 140 iş üzrə 25155.62 manat məbləğində ödəmə tətbiq edilib. Tədbir görülməsi üçün hüquq-mühafizə orqanlarına 6, icra qruplarına 13 iş göndərilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR