Bakıda Türkiyə vətəndaşı müəmmalı şəkildə ölüb

Bakıda Türkiyə vətəndaşı müəmmalı şəkildə ölüb
# 21 dekabr 2012 06:54 (UTC +04:00)

Bakı. Hafiz Heydərov - APA. Bakıda Türkiyə vətəndaşı müəmmalı şəkildə dünyasını dəyişib. Bu barədə APA-ya Qaradağ Rayon Prokurorluğundan bildirilib.

Hadisə Bakı-Qazax yolunda qeydə alınıb. Türkiyə vətəndaşı, 1981-ci il təvəllüdlü Cihan Okeyin idarə etdiyi “Mercedes” markalı maşında olan sərnişin, 1974-cü il təvəllüdlü Ahmet Yıldız qəfildən dünyasını dəyişib. Mərhumun ölümünün səbəblərinin müəyyən etməkdən ötrü onun meyiti ekspertizaya göndərilib.

Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, dünyasını dəyişən Mehmet Yıldız Azərbaycanda bizneslə məşğul olurmuş.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR