Masallıda baş vermiş ağır yol qəzasında yaralananlardan biri xəstəxanada ölüb

Masallıda baş vermiş ağır yol qəzasında yaralananlardan biri xəstəxanada ölüb
# 25 dekabr 2012 16:21 (UTC +04:00)

Səhiyyə Nazirliyi Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasından APA-nın cənub bürosuna verilən məlumata görə, həkimlərin səylərinə baxmayaraq, Lənkəran şəhər sakini, 1952-ci il təvəllüdlü Tarifə Qılman qızı Kərimzadə bir neçə saat öncə vəfat edib. Digər yaralılardan Xalid Yəhyayev, Vüqar Rəhimov və Nazim Əmirovun vəziyyəti də ağır qiymətləndirilir.

Qeyd edək ki, bu gün saat 13.00 radələrində Ələt-Astara magistral yolunun Masallı rayonu Xıl kəndindən keçən hissəsində Lənkəran rayonu Liman şəhər sakini, 1980-ci il təvəllüdlü Vüqar Hüseynağa oğlu Rəhimovun idarə etdiyi “Opel” markalı, 50 BV 369 dövlət nömrə nişanlı minik avtomobili qarşıdan gələn, Lənkəran rayonu Liman şəhər sakini, 1953-cü il təvəllüdlü Nazim Əbdülhəsən oğlu Əmirovun idarə etdiyi “Ford” markalı, 10 MT 183 dövlət nömrə nişanlı mikroavtobusla toqquşub.

Nəticədə hər iki avtomaşının sürücüsü və sərnişinlər - Masallı rayonu Sərçuvar kənd sakini, 1943-cü il təvəllüdlü Mötəbər Əliağa qızı Qafarova, Lənkəran rayonunun II Nərimanabad qəsəbə sakini, 1985-ci il təvəllüdlü Xalid Zərbəli oğlu Yəhyayev, Lənkəran şəhər sakini, 1952-ci il təvəllüdlü Tarifə Qılman qızı Kərimzadə, Astara rayonunun Səncərədi kənd sakini, 1961-ci il təvəllüdlü Şahnisə Abbas qızı Novruzova, Lənkəran rayonunun Havzava kənd sakini, 1977-ci il təvəllüdlü Xuraman Bəşir qızı Şirəliyeva və onun oğlanları - 2007-ci il təvəllüdlü Xaliq Xalid oğlu Quliyev və 2008-ci il təvəllüdlü Məhəmməd Xalid oğlu Quliyev müxtəlif dərəcəli bədən xəsarətləri ilə Səhiyyə Nazirliyi Masallı Rayonlararası Təcili və Təxirəsalınmaz Tibbi Yardım Stansiyasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR