BDU-nun sabiq rektoru İranda avtomobil qəzasına düşüb

BDU-nun sabiq rektoru İranda avtomobil qəzasına düşüb
# 26 dekabr 2012 14:28 (UTC +04:00)

APA-nın məlumatına görə, hadisə İran İslam Respublikasında baş verib.

Hüquq elmləri doktoru, BDU-nun sabiq rektoru, hazırda Cinayət hüququ və kriminologiya kafedrasının müdiri vəzifəsində çalışan Firudin Səməndərov və universitetin daha bir əməkdaşı Rafiq Əhmədov İrandan müalicədən qayıdarkən yol qəzasına düşüblər. Nəticədə R. Əhmədov dünyasını dəyişib. F. Səməndərov isə ağır vəziyyətdə Azərbaycana gətirilərək, Bakıdakı xəstəxanalardan birinə yerləşdirilib.

BDU-dan APA-ya faktı təsdiqləyiblər.

Qeyd edək ki, F. Səməndərov 1992-1993-cü illərdə BDU-nun rektoru olub. 1995-ci ildən isə BDU-nun Cinayət hüququ və Kriminologiya kafedrasının müdiridir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR