Türkiyə Suriyaya yardım göstərib

Türkiyə Suriyaya yardım göstərib
# 25 dekabr 2012 08:15 (UTC +04:00)

Bakı. Etibar Məmmədov - APA. Türkiyə Suriyaya humanitar yardım edib. APA-nın məlumatına görə, bunu Türkiyə baş nazirinin müavini və hökumət sözçüsü Bülənt Arınç açıqlayıb.

Onun sözlərinə görə, Suriyaya qida yardımı ilə bağlı qətnamələr imzalanıb: “Suriyada baş verənlər iqtisadi baxımdan da çox çətin vəziyyət yaradıb. Təəssüf ki, Suriya rəhbərliyi, xalqa kömək çatdırılmasına mane olur. Türkiyə hər mövzuda olduğu kimi, insani kömək etmə mövzusunda da Suriyaya təxminən 36-37 min ton unun göndərilməsinə dair sərəncam imzalayıb”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR