Lerikdə oğurluq edən şəxslər saxlanılıb

Lerikdə oğurluq edən şəxslər saxlanılıb
# 22 dekabr 2012 10:33 (UTC +04:00)

Lerik. Ağəddin Babayev – APA. Azərbaycanın Lerik rayonunda oğurluqla məşğul olan şəxslər yaxalanıb. Rayon Polis Şöbəsindən (RPŞ) APA-nın Cənub bürosuna verilən məlumata görə, dekabr ayının 7-də rayon sakinləri Fəadail Əliyevlə Qüdrət Musayev rayon Elektrik Şəbəkəsinə məxsus elektrik kabelinin 8700 metrlik hissəsini kəsərək oğurlayıblar. Həyata keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində hər iki şəxs şübhəli şəxs qismində saxlanılaraq istintaqa cəlb olunub.

Faktla bağlı Lerik RPŞ-də cinayət işi açılıb, araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR