Abşeronda minik avtomobili yük maşını ilə toqquşub, 1 nəfər ölüb

Abşeronda minik avtomobili yük maşını ilə toqquşub, 1 nəfər ölüb
# 13 dekabr 2012 09:41 (UTC +04:00)

Bakı. Hafiz Heydərov – APA. Abşeronda ölümlə nəticələnən yol qəzası baş verib. APA-nın Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Abşeron rayonunda “Opel” markalı minik avtomobili “Shacman” markalı yük avtomobili ilə toqquşub. Dərhal Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri hadisə yerinə cəlb olunub. Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən məlum olub ki, minik avtomobilində olan 1 nəfər hadisə yerində ölüb. Xilasedicilər ərazidə müvafiq təhlükəsizlik tədbirləri görüblər.

Faktla bağlı müvafiq qurumlar tərəfindən araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR