Azərbaycanda bu ilin I yarısında 65 səhmdar cəmiyyət cərimələnib

Azərbaycanda bu ilin I yarısında 65 səhmdar cəmiyyət cərimələnib
# 14 iyul 2015 06:37 (UTC +04:00)

Bakı - APA-Economics. Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi (QKDK) 2015-ci ilin I yarısında səhmdar cəmiyyətlərə 90,5 min manat məbləğində cərimə sanksiyası tətbiq edib ki, bu da ötən ilin analoji dövrünün göstəricisindən 44% azdır.

Komitədən "APA-Economics"ə verilən məlumata görə, cari ilin yanvar-iyun aylarında QKDK-ya 239 səhmdar cəmiyyətində səhmdarların hüquqlarının pozulması barədə 138 şikayət daxil olub. Onların sayı ötən ilin analoji dövrü ilə müqayisədə 13%, barələrində şikayət daxil olmuş səhmdar cəmiyyətlərinin sayı 35% azalıb.

Şikayətlər araşdırıldıqdan sonra QKDK 65 halda səhmdar cəmiyyətlərinə ümumilikdə 90,5 min manat məbləğində cərimə tətbiq edilməsinə dair qərar qəbul edib. 2014-cü ilin yanvar-iyun aylarında isə 160,5 min manat məbləğində 99 cərimə tətbiq olunub.

Bundan başqa, 2015-ci ilin birinci yarısında QKDK səhmdar cəmiyyətlərinə aşkar edilmiş nöqsanların aradan qaldırılması barədə icrası məcburi olan 47 göstəriş (2% artım) verib.

Hesabat dövründə 252 səhmdar cəmiyyəti (2% artım) QKDK-ya illik hesabat təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR