Nazir: Azərbaycanın bölgələrində müəllim çatışmazlığı ilə bağlı problemlər artıq öz həllini tapıb

Nazir: Azərbaycanın bölgələrində müəllim çatışmazlığı ilə bağlı problemlər artıq öz həllini tapıb
# 27 noyabr 2012 17:41 (UTC +04:00)

O bildirib ki, Azərbaycanın bölgələrində müəllim çatışmazlığının aradan qaldırılması ilə bağlı hökumətin proqramı var. Nazirin sözlərinə görə, həmin proqrama uyğun olaraq hər il 800-ə yaxın müəllim müxtəlif regionlarda yerlərə göndərilir. Gələcəkdə də bu istiqamətdə müvafiq işlər davam etdiriləcək.

Nazir Azərbaycanda fəaliyyət göstərən türk məktəblərinin nəticələri barədə də danışıb. O qeyd edib ki, bu gün türk məktəblərinin nəticələri çox yüksəkdir: “Biz də bunu yüksək qiymətləndiririk. Hər zaman ölkədə təhsilin inkişafı ilə bağlı müvafiq işlərdə onardan faydalanır, Azərbaycanın digər məktəblərindən onların təcrübəsindən istifadə edirik.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR