Gürcüstanın mənfi ticarət saldosu 4,7 mlrd. dollara çatıb

Gürcüstanın mənfi ticarət saldosu 4,7 mlrd. dollara çatıb
# 13 dekabr 2019 11:19 (UTC +04:00)

Bu ilin yanvar-noyabr aylarında Gürcüstanın xarici ticarət dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,4% artaraq 11 504,1 mln. ABŞ dolları təşkil edib.

APA-nın yerli bürosu xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin hesabatında bildirilib.

Qeyd olunub ki, xarici ticarətdə ixracın payı ötən ilin analoji dövrü ilə müqayisədə 11,7% artaraq 3 381,4 mln. dollara çatıb, idxal isə 2,3% artaraq 8 122,6 mln. dollar təşkil edib. Nəticədə, Gürcüstanın mənfi ticarət saldosu 4 741,2 mln. dollar təşkil edib ki, bu ümumi ticarət dövriyyəsinin 41,2%-nə bərabərdir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR