Dekabrın 26-da «Unibank» əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır

Dekabrın 26-da «Unibank» əlavə səhm emissiyasının yerləşdirilməsinə başlayır
# 24 dekabr 2012 14:16 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Dekabrın 26-dan etibarən Bakı Fond Birjasında (BFB) «Unibank» ASC-nin imtiyazlı adlı sənədsiz səhmlərinin əlavə emissiya prospektinin yerləşdirilməsinə başlanacaq.

BFB-dan «APA-Economics»ə verilən məlumata görə, səhmlərin hər birinin nominal dəyəri 2,72 manat, sayı 1 838 250 ədəd, emissiyanın ümumi həcmi isə 5 000 040 manat təşkil edir. Yerləşdirmə başa çatdıqdan sonra bankın nizamnamə kapitalı 8,8% artaraq 61,565 mln. manata çatacaq. Səhmlərin yerləşdirilməsində anderrayter rolunda «UniCapital» çıxış edəcək.

Qeyd edək ki, «Unibank» ASC 1992-ci ildən fəaliyyət göstərir. Hazırda bankın nizamnamə kapitalı 56,565 mln. manat təşkil edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR