Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri noyabrda 0,3% bahalaşıb

Azərbaycanda kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri noyabrda 0,3% bahalaşıb
# 07 dekabr 2012 09:30 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin noyabr ayında Azərbaycanda satılmış kənd təsərrüfatı məhsullarının istehsalçı qiymətləri əvvəlki ayla müqayisədə 0,3% bahalaşıb.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hesabat ayında həmçinin çoxillik bitkilərin istehsalçı qiymətləri 5,9% bahalaşıb, birillik bitkilərin istehsalçı qiymətləri 0,4%, diri heyvanlar və heyvandarlıq məhsullarının istehsalçı qiymətləri isə 0,5% ucuzlaşıb. Birillik bitkilərdən qarğıdalının istehsalçı qiymətləri 2,8%, kələmin 2,5%, göyərtilərin 4,3%, kartofun istehsalçı qiymətləri 5,9% ucuzlaşıb, buğdanın istehsalçı qiymətləri 2,7%, yerkökünün 4,7%, xiyarın 0,9%, pomidorun 1,2%, badımcanın 0,7%, bibərin 7,6%, baş sarımsağın 0,8%, qurudulmuş noxudun 6,6%, yoncanın istehsalçı qiymətləri isə 0,8% bahalaşıb.

«Çoxillik bitkilərdən narın istehsalçı qiymətləri 15,7%, xurmanın 21,6%, almanın 4,9%, armudun 0,2%, heyvanın 25,2%, fındığın istehsalçı qiymətləri 3,6% bahalaşıb, limonun istehsalçı qiymətləri 9,1%, naringinin 12%, feyxoanın 8,7%, şabalıdın 0,9%, qozun istehsalçı qiymətləri isə 0,1% ucuzlaşıb», - deyə Komitədən bildirilib.

Eyni zamanda, noyabrda diri heyvanlar və heyvandarlıq məhsullarından camışın istehsalçı qiymətləri 1,4%, qoyun və keçilərin qırxılmış, yuyulmamış yununun 6,8%, südün istehsalçı qiymətləri isə 2,3% ucuzlaşıb. Bu ucuzlaşma ilə yanaşı ay ərzində inəyin istehsalçı qiymətləri 0,8%, diri qoyun və keçilərin 0,2%, mal, qoyun, donuz və quş ətinin (diri çəkidə) müvafiq olaraq 1,4%, 0,1%, 2,2% və 0,6%, yumurtanın istehsalçı qiymətləri isə 0,7% bahalaşıb. Ay ərzində meşə təsərrüfatı məhsullarından yanacaq oduncağının istehsalçı qiymətlərində 3,7% bahalaşma, balıq və sair balıqçılıq məhsullarından isə diri balığın istehsalçı qiymətlərində 2,3% ucuzlaşma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR