Yol polisi Bakıda gecə saatlarında reyd keçirir

Yol polisi Bakıda gecə saatlarında reyd keçirir
# 17 dekabr 2012 15:33 (UTC +04:00)

Bakı. Fuad Cəfərov-APA. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsi paytaxtda reydlər keçirir. İdarənin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi Vaqif Əsədovun APA-ya verdiyi məlumata görə, Xətai rayonunda başlanan reydlər rayon polis idarəsinin təsdiq etdiyi tədbirlər planına uyğun olaraq aparılır. Reyddə əsas məqsəd gecə saatlarında yollarda sürücülərin yol-hərəkət qaydalarına necə riayət etmələrini müəyyənləşdirməkdir.

V. Əsədov, həmçinin onu da bildirib ki, bu il Xətai rayonunda 137 yol-nəqliyyat hadisəsi qeydə alınıb. Baş verən qəzalarda 30 nəfər dünyasını dəyişib, 135 nəfər isə xəsarət alıb. Yol polisinin keçirdiyi mütəmadi reydlərin nəticəsi olaraq, bu il keçən illərdəki statistika ilə müqayisədə 10 ölüm faktı və 30 hadisə azalma müşahidə olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR