Bakıda oğul ata-anasını bıçaqlayıb, sonra isə evlərini yandırmağa cəhd edib

Bakıda oğul ata-anasını bıçaqlayıb, sonra isə evlərini yandırmağa cəhd edib
# 21 dekabr 2012 14:05 (UTC +04:00)

Sabunçu rayon Polis İdarəsindən APA-ya verilən məlumata görə, hadisə bu gün Bakıxanov qəsəbəsi, Sülh küçəsi - 94 ünvanında qeydə alınıb. Həmin ünvanda yaşayan, 1971-ci il təvəllüdlü Aqil Mirzəyev atası, 1938-ci il təvəllüdlü Nəriman Mirzəyevi və anası, 1941-ci il təvəllüdlü Tərlan Mirzəyevanı bıçaqlayıb. O, daha sonra evi yandırmağa cəhd göstərib. Lakin qonşuların sayıqlığı nəticəsində yanğının qarşısı alınıb.

Hər iki yaralı ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Xəstəxanadan APA-ya bildirilib ki, yaralıların vəziyyəti ağırdır. Hazırda onların üzərində cərrahiyyə əməliyyatı aparılır.

Həyata keçirilən tədbirlər nəticəsində hadisəni törədən A. Mirzəyev polis tərəfindən saxlanılıb. Onun ruhi xəstə olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR