“Gürcü Arzusu” parlamentin komitə sədri Vaxtanq Xmaladzenin namizədliyini ölkə prezidentliyinə irəli sürmək niyyətindədir

“Gürcü Arzusu” parlamentin komitə sədri Vaxtanq Xmaladzenin namizədliyini ölkə prezidentliyinə irəli sürmək niyyətindədir
# 14 dekabr 2012 23:25 (UTC +04:00)

Tiflis. Nizami Məmmədzadə-APA. 2013-cü ildə “Gürcü Arzusu” Gürcüstan prezidentliyinə namizəd axtarmayacaq.” APA-nın Gürcüstan bürosunun məlumatına görə, bu barədə “Gürcü Arzusu”ndan olan deputat David Berdzenişvili bildirib. O, keçmiş eks-spiker Nino Burcanadzenin prezidentliyə namizəd olacağını inkar edib.

“Əgər biz parlamentli respublika olsaq, baş nazir Bidzina İvanişvilinin qeyd etdiyi kimi, prezidentliyə ən optimal namizəd parlamentin hüquq məsələləri üzrə komitəsinin sədri Vaxtanq Xmaladze olacaq”, deyə Berdzenişvili bildirib.

Deputat “Versiya” qəzetinə bildirib ki, 2013-cü ildə prezident seçkilərində “Gürcü Arzusu”ndan olan hər bir namizəd seçkilərdə qalib gələ bilər.”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR