Sadıq Salahov: «Azərbaycanın aqrar sektorunda istehsalı 3 dəfə artırmaq mümkündür»

Sadıq Salahov: «Azərbaycanın aqrar sektorunda istehsalı 3 dəfə artırmaq mümkündür»
# 06 dekabr 2012 11:16 (UTC +04:00)

Bunu «APA-Economics»ə açıqlamasında Azərbaycan Elmi-Tədqiqat Kənd Təsərrüfatının İqtisadiyyatı və Təşkili İnstitutunun direktoru Sadıq Salahov bildirib.

Onun sözlərinə görə, hazırda aqrar sahədə əsas problemlərdən biri fermerlərin öz işlərinə intizamlı yanaşmaması və elmin nailiyyətlərindən yararlanmamasıdır: «Bu gün ən ağrılı problemlərdən biridir ki, fermerlər öz fəaliyyətində elmin nailiyyətlərindən istifadə etmirlər, bilik çatışmazlığı var və onlar aqrotexniki qaydalara əməl etmirlər. Əgər torpaqla məşğul olan sahibkar savadlı olsa və yaradılan imkanlardan istifadə etməyi bacarsa, məhsuldarlığı azı 3 dəfə artırmaq olar».

S.Salahovun sözlərinə görə, məsələn hazırda ölkədə taxıl əkini sahələrində məhsuldarlıq hektardan 27-28 sentner olduğu halda, lazımi tədbirlər görməklə bu rəqəmi 50-60 sentnerə qaldırmaq mümkündür. Bu misal digər sahələrə, o cümlədən kartofçuluğa da aiddir.

İnstitut direktoru bildirib ki, aqrotexniki tədbirlərin keçirilməsi elə də baha başa gəlmir və məhsuldarlığın artması bu xərcləri tamamilə kompensasiya edir: «Sadəcə olaraq indi aparılan aqrotexniki qulluqları daha səmərəli, vaxtında və yetərli həyata keçirmək lazımdır. Suvarmadan tutmuş gübrələnməyə və ziyanvericilərə qarşı mübarizəyədək. Bu işlər nəticəsində artan məhsuldarlıq ona çəkilən xərcləri tamamilə örtəcək».

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR