DİN “ANS” telekanalının əməkdaşının təzyiqə məruz qalması faktı ilə bağlı məlumat yayıb

DİN “ANS” telekanalının əməkdaşının təzyiqə məruz qalması faktı ilə bağlı məlumat yayıb
# 11 dekabr 2012 10:36 (UTC +04:00)

Bakı. Hafiz Heydərov-APA. Daxili İşlər Nazirliyi “ANS” telekanalının əməkdaşının təzyiqə məruz qalması faktı ilə bağlı məlumat yayıb. APA-nın nazirliyin saytına istinadən verdiyi məlumata görə, dekabrın 10-da Göyçay rayonunda, “ANS” Müstəqil Yayım Şirkətinin bölgə müxbiri Günel İsayeva Rayon Polis Şöbəsinə müraciət edərək, həmin gün rayon Kommunal Təsərrüfat İdarəsinin rəisi Loğman Əliyevin iş otağında olarkən, sonuncu tərəfindən özünün və operator Rəşad Rəşidovun təhqir edilməsini, kamerasının alınmasını və bu zaman kameraya qismən ziyan dəyməsini bildirib.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR