KTMT üçüncü ölkələrdə sülhməramlı qüvvələr kimi xidmət göstərmək üçün BMT ilə danışıqlara başlayıb

KTMT üçüncü ölkələrdə sülhməramlı qüvvələr kimi xidmət göstərmək üçün BMT ilə danışıqlara başlayıb
# 17 dekabr 2012 11:14 (UTC +04:00)

Moskva. Fərid Əkbərov-APA. Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı (KTMT) üçüncü ölkələrdə sülhməramlı qüvvələr kimi xidmət göstərmək üçün BMT ilə danışıqlara başlayıb. APA-nın Moskva müxbriinin verdiyi məlumata görə, bu barədə KTMT-nin Rusiya təmsilçisi İqor Frolov bildirib. Onun sözlərinə görə, Avropa Birliyi və Afrika Birliyi kimi KTMT də üçüncü ölkələrdə sülhməramlı qüvvələr qismində xidmət edə bilər: “Avropa Birliyi təcrübəsinin oxşarını biz də edə bilərik. Bizim də sülhməramlı potensialımız var”.

İ. Frolov KTMT-nin tərkibində olan Kollektiv Operativ Müdaxilə Qüvvələrinin (KOMQ) bu işin öhdəsindən gələ biləcəyini söyləyib: “KTMT tərkibində 20 minə yaxın əsgər var. Heyətin yarıdan çoxu Rusiya əsgərləridir. Sülhməramlı qüvvələr kimi isə 4 minə yaxın əsgər xidmət edə bilər. Həmin əsgərlərin ölkə xaricində xidmət etməsi müəyyən şərtlərlə bağlıdır. Birincisi, sülhməramlı qüvvələrin xidmət edəcəyi ölkənin həmin sülhməramlıları tələb etməsi gərəkdir. İkincisi isə bu xidmət BMT-nin dəstəyi ilə həyata keçiriləcək”.

İ. Frolov KTMT qüvvələrinin Əfqanıstanda xidmət edib-etməyəcəyi ilə bağlı sualı da cavablandırıb: “Nəzəri olaraq bu mümkündür. Bunun üçün KTMT ölkələrinin hamısı birlikdə qərar verməlidir. Lakin bu mövzu hələlik gündəmdə deyil”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR