Bakıda Qadın Liderliyi Konfransı keçirilir - FOTOSESSİYA

Bakıda Qadın Liderliyi Konfransı keçirilir   - <span style="color: red;">FOTOSESSİYA
# 27 noyabr 2012 12:40 (UTC +04:00)

APA-nın məlumatına görə, iki gün davam edəcək konfrans ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) Qadın İştirakçılığı Proqramı və Azərbaycanın Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən təşkil olunub. İlk olaraq çıxış edən Qadın İştirakçılığı Proqramının layihə rəhbəri İlqar Ağasıyev bildirib ki, tədbirin məqsədi qadın liderliyinin inkişafına, onların qərarvermə proseslərində iştirakının təmin olunmasına və ictimai-siyasi proseslərdə iştirak edən qadınların sayının çox olmasına dəstək göstərməkdir.

Daha sonra çıxış edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova qeyd edib ki, Azərbaycan inkişaf edir və ölkədə məişət zorakılığına, erkən nikaha qarşı, qadın haqlarının qorunması istiqamətində dövlət səviyyəsində tədbirlər gücləndirilir. Onun sözlərinə görə, qadınların ictimai həyatda, idarəçilikdə rolunun artırılması üçün bu cür layihələr dəstəklənməlidir.

USAİD-in Azərbaycan missiyasının direktoru Maykl Qrin deyib ki, Qadın İştirakçılığı Proqramı qadınlara səlahiyyət hüququnun verilməsinə, onların dayanıqlı inkişafına xidmət edir.

Konfransda həmçinin Ədliyyə Nazirliyinin Bələdiyyələrlə İş Mərkəzinin rəhbəri Mehdi Səlimzadə, “Kaunterpart International”ın vitse-prezidenti Sibel Berzeg, millət vəkilləri Rəbiyyət Aslanova, Qənirə Paşayeva və Sevinc Fətəliyeva çıxış ediblər.

Birinci hissənin sonunda müxtəlif nominasiyalar üzrə mükafatlandırma mərasimi keçirilib. “Qadınlar İdarəetmədə” nominasiyası üzrə mükafat Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynovaya, “Qadınlar vətəndaş cəmiyyətində” nominasiyası üzrə mükafat Qaçqın və Məcburi Köçkün Gənclər Təşkilatının baş katibi Arzu Qədirovaya, “Qadın Mediada” mükafatı jurnalist Arzu Soltana və “Qadınların Səlahiyyətləndirilməsini dəstəkləyən kişilər” mükafatı Konstitusiya Məhkəməsinin hakimi Ceyhun Qaracayevə təqdim olunub.

Tədbir bu gün və sabah sessiya iclasları ilə davam edəcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR