Azərbaycanda əhalinin gəlirləri son bir ildə 14% artıb

Azərbaycanda əhalinin gəlirləri son bir ildə 14% artıb
# 14 dekabr 2012 12:10 (UTC +04:00)

Bakı. Nicat Mustafayev – APA-Economics. Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda əhalinin gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 13,7% artaraq 29,9 mlrd. manata çatıb, onun hər nəfərə düşən həcmi isə orta hesabla 3 260,5 manat və ya ayda 296,4 manat təşkil edib.

Dövlət Statistika Komitəsindən «APA-Economics»ə verilən məlumata görə, hər nəfərə düşən gəlirlərin artımı istehlak qiymətlərinin bahalaşmasını 11 faiz bəndi üstələyərək 12,2% olub.

Gəlirlərin 64%-i son istehlaka, 8,3%-i vergilər, sosial sığorta və üzvlük haqlarının, 1,6%-i kreditlər üzrə faizlərin ödənilməsinə, 26,1%-i isə əmanətlərin və kapitalın artırılmasına yönəldilib.

Əhalinin sərəncamında qalan gəlir 27,4 mlrd. manat təşkil edərək əvvəlki ildəkinə nisbətən 14% artıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR