Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 50% artıb

Avtomobil sahiblərinin mülki məsuliyyətinin icbari sığortası üzrə ödənişlər 50% artıb
# 01 noyabr 2016 08:08 (UTC +04:00)

2016-cı ilin oktyabr ayı ərzində İcbari Sığorta Bürosunun (İSB) elektron informasiya sistemində "Avtonəqliyyat vasitəsi sahiblərinin mülki məsuliyyətinin icbari sığortası" (AVSMMİS) üzrə Büronun iştirakçı sığorta şirkətləri tərəfindən 1 730 sığorta tələbi qeydiyyata alınıb.

İSB-dən "APA-Economics"ə verilən xəbərə görə, bu tələblər üzrə 2,2 mln. manat məbləğində sığorta ödənişi həyata keçirilib.

Zərərin bölgüsü üzrə sığorta ödənişləri aşağıdakı kimi olub:

2016-cı ilin oktyabr ayında nəqliyyat vasitəsinə dəyən zərər üzrə orta sığorta ödənişi 1 246 manat təşkil edib. 2015-ci ilin oktyabr ayı ilə müqayisədə sığorta ödənişlərinin məbləğində 50% artım müşahidə edilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR