Qafqaz Universitetində bələdiyyələrlə bağlı seminar keçirilib - FOTO

Qafqaz Universitetində bələdiyyələrlə bağlı seminar keçirilib - <span style="color: red;">FOTO
# 08 dekabr 2012 12:55 (UTC +04:00)

Bakı. Könül Kamilqızı – APA. Qafqaz Universitetində növbəti aylıq seminar keçirilib. APA-nın xəbərinə görə, Qafqaz Universitetinin rektoru Ahmet Saniç bildirib ki, müstəqillik dövründə ölkədə aparılan dövlət quruculuğu prosesində iqtisadi islahatların və inkişafın mahiyyət etibarı ilə yeni bir modeli - Azərbaycan modeli yaranıb: “Bu gün Azərbaycanda yerli özünüidarəetmə orqanlarının fəaliyyəti daha da genişlənib. Bugünkü seminarın məruzəçisi də məhz yerli özünüidarəetmə sahəsini əhatə edəcək mövzuda tələbələr qarşısında çıxış edəcək”.

Sonra Milli Məclisin Regional məsələlər komitəsinin üzvü, millət vəkili Tahir Rzayev “Azərbaycanda yerli özünüidarəetmənin mövcud vəziyyəti və gözlənilən islahatlar” mövzusunda məruzə ilə çıxış edib. O bildirib ki, 1999-cu il dekabrın 2-də bələdiyyələrə ilk seçkilər keçirilib: “İndiyə kimi ölkədə bələdiyyələrin fəaliyyət istiqamətinə yönələn 30-a yaxın qanun və 200-ə yaxın maddə hazırlanıb. Hazırda bələdiyyələrin ümumi sayı 1718 təşkil edir. Bundan başqa ölkədə bələdiyyə institutu , bələdiyyə assosiasiyası da fəaliyyət göstərməkdədir”.

Tədbirin sonunda Qafqaz Universitetinin rektoru Ahmet Saniç qonağa xatirə plakatı təqdim edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR