Hacıqabulda yanğın hadisəsi baş verib - FOTO

Hacıqabulda  yanğın hadisəsi baş verib   - <span style="color: red;">FOTO
# 14 dekabr 2012 15:07 (UTC +04:00)

Hacıqabul. Əlibәy Zeynallı-APA. Hacıqabul rayonunda yanğın hadisəsi baş verib.

APA-nın Mil-Muğan bürosunun xəbərinə görə, rayonunun M.Müşfiq küçəsi-52 ünvanında, 1961-ci il təvəllüdlü Abbbasova Sevda Əli qızına məxsus 1 mərtəbəli fərdi yaşayış evi əşyalarla birlikdə tamamilə yanıb.

Hadisə bu gün saat 15.40 radələrində qeydə alınıb. Yanğın ümumilikdə 90 kvadratmetr ərazini əhatə edib. Yanğın baş verən zaman evdə yatan körpə uşaqdan başqa heç kim olmayıb. İlk anda hadisədən xəbər tutan ana körpəni xilas edə bilib. Ev sahibinin bildirdiyinə görə yanğın zamanı 10 min manat dəyərində ev əşyaları yanaraq sıradan çıxıb.

Hadisə yerinə Hacıqabul rayon Yanğından Mühafizə Xidmətinin 3 yanğınsöndürən maşını cəlb edilib. Yanğın söndürülüb, alovun qonşu evlərə keçməsinin qarşısı alınıb.

Yanğına küləkli havanın elektrik xətlərində yaratdığı qısaqapanma səbəb olub.

Faktla bağlı araşdırma aparılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR